Şənbə , İyun 13 2026
azfa

Urmiya gölünün gələn yay quruması ehtimalının çox yüksək olduğu bildirilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ətraf mühit fəalı və ekspert Məhəmməd Dərviş Urmiya gölünün “ən pis vəziyyətini” açıqlayıb.

Məhəmməd Dərviş bildirib ki, 1994-cü ildə bu göldə ən azı 33 milyard kubmetr su var idisə, hazırda oradakı suyun miqdarı 1 milyard kubmetrdən azdır.

Məhəmməd Dərviş Urmiya gölünün səviyyəsinin heç vaxt indiki səviyyədə olmadığını bildirərək dəlillərə görə gölün gələn yay quruması ehtimalının çox yüksək olduğunu proqnozlaşdırıb.

Qeyd edək ki, İran Kosmik Təşkilatının son peyk görüntüləri göstərir ki, 2022-ci ildə Urmiya gölünün sahəsi 1500 kvadrat kilometrdən xeyli azalaraq 530 kvadrat kilometrə çatıb.

Həmçinin yoxlayın

CNN-in Azərbaycanla bağlı iddiası yalan çıxdı

GADTB: İyunun 5-də CNN-in “İsrail İran müharibəsi zamanı region üzrə gizli şəbəkənin bir hissəsi olaraq …

Şuşada Türk Dövlətləri Təşkilatı ölkələrinin Rəqabət Forumu keçirilib

GADTB: Şuşada Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə …