Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

Urmiyada uşaqları Azərbaycan türkcəsində kitab oxumağa həvəsləndirmək məqsədilə kitablar paylanıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli-mədəni fəallar Urmiyada uşaqları Azərbaycan türkcəsində kitab oxumağa həvəsləndirmək məqsədilə kitablar payladılar.

Bu məqsədlə dünən aszərbaycanlı fəallar uşaqlar və yeniyetmələrə çox sayda türk dilində nəşr olunan kitablar paylayıblar. Azərbaycanlı fəallar həmçinin fars şovinistləri tərəfindən Azərbaycan türkcəsində təhsilin qadağan edilməsinə etirazlarını bildiriblər.

Bu aksiya ilə azərbaycanlı milli fəalalr azərbaycanlı uşaqları ana dilində kitablar oxumağa həvəsləndirmək və qeyri-fars millətlərin dillərinə qarşı düşmənçilik siyasətinin pisləmişlər.

Qeyd edək ki, 1946-cı ildə İran rejiminin qoşunları Azərbaycana hücum edib və yenidən Azərbaycanı işğal etdikdən sonar Azərbaycan şəhərlərində soyqırım törədiblər. Onlar həmçinin dekabrın 17-də türk dilində nəşr olunan dərslik və kitabları kütləvi şəkildə yandırmaqla həmçinin mənəvi soyqırım törədiblər.

Həmçinin yoxlayın

ABŞ-ın “Apaçi” helikopterləri İranın “Şahid” dronlarını vurmaq üçün təlim keçdi

GADTB: ABŞ və İsrail ordularının ABŞ-da keçiriləcək aralıq seçkilərindən sonra İrana hücum planları hazırladığı barədə …

Tramp: İran İslam Respublikası ilə atəşkəs vaxt itkisi idi və mən bunu heç vaxt bəyənməmişəm

GADTB: ABŞ prezidenti Donald Tramp Missisipi ştatında keçirilən seçkiqabağı mitinqdə İran İslam Respublikası ilə atəşkəsi …