Şənbə , İyul 27 2024
azfa

Xameneyi neft ixracı ilə bağlı hədə-qorxu gələməyə başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Xameneyi neft ixracı sansksiyası ilə bağlı hədə-qorxu gələməyə başlayaraq, deyib ki, əgər İranın neft ixracına maneələr olarsa, regionda heç bir ölkə neft ixrac edə bilməyəcək.

O iddia edib ki, ABŞ-ın İslami quruluşun özü ilə fundamental problemləri var. Afrika, Asiya və ya Latın Amerikasında bir çox ölkənin ABŞ-la münasibətləri var və onlar hələ də bir çox problemlər yaşayırlar.

Xameneyi həmçinin deyib: “İranın regionda olması onun gücünü və təhlükəsizliyini təmin edir. Mən həmişə ABŞ hökumətinin sözlərinə və ya imzalarına etibar etməmək barədə israr edirəm, buna görə də ABŞ-la danışıqlar faydasızdır. Avropa ilə danışıqlar davam edə bilər, amma biz Avropa paketini gözləmək məcburiyyətində də deyilik. Prezidentin dediyi “İran neftinin ixracına maneələr olacağı təqdirdə, regionda heç bir ölkənin nefti ixrac olunmayacaq” – sözləri İranın sisteminin siyasətini və yanaşmasını əks etdirən vacib sözlərdir”.

Qeyd edək ki, ABŞ müttəfiq ölkələr və şirkətlərdən bu il noyabrın 4-dək İran adlanan ölkədən neft idxalını dayandırmağı istəyib. ABŞ-dan bir heyətin Orta Şərqdə fərqli ölkələrə səfər edərək İran neftinə yönələn sanksiya qərarına dair danışıqlar aparması gözlənilir.

Ekspertlər hesab edir ki, sanksiyalar nəticəsində İranın neft ixracı hazırkı həcmin üçdəikisi səviyyəsində azalaraq gündəlik 700 min barrelə düşəcək.

Həmçinin yoxlayın

Arazdəyənin üzərində Azərbaycan Bayrağı dalğalanır

GADTB: Arazdəyənin üzərindəki strateji yüksəklikdə Azərbaycan bayrağı dalğalanır. Bu barədə məlumat və fotonu erməni vəkil …

“Türk əsri”ni qurmaq üçün bütün sahələrdə böyük səylər göstəririk

GADTB: İkinci Dünya müharibəsi qaliblərinin iqtisadi, siyasi, hərbi və diplomatik maraqlarını qorumaq üçün qurulan hazırkı …

Bir cavab yazın