Bazar ertəsi , Oktyabr 12 2026
azfa

Xaricdə yaşayan soydaşlarımızın övladları üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başladı

GADTB: Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə həyata keçirilən “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb.

Layihənin məqsədi xaricdə yaşayan soydaşlarımızın övladlarının Azərbaycan dilini öyrənməsinə, milli kimliyini daha yaxından tanımasına və Azərbaycanla bağlarını qorumasına dəstək olmaqdır.

 Layihə çərçivəsində:

 Onlayn dərslər 25 sentyabr 2026-cı ildən başlayacaq;

 Dərslər həftədə 2 dəfə keçiriləcək;

 Tədris təcrübəli müəllimlər tərəfindən interaktiv formada aparılacaq;

 Proqram başlanğıc, orta və yüksək olmaqla 3 səviyyə üzrə təşkil ediləcək.

 Yaş qrupları:

 6–10 yaş

 11–13 yaş

 14–18 yaş

İştirakçılar yaş qruplarına, dil biliklərinə və vaxt zonalarına uyğun qruplara bölünəcəklər. Qrupların müəyyənləşdirilməsi üçün əvvəlcədən qısa dil yoxlaması keçiriləcək.

Proqramı uğurla başa vuran iştirakçılara Azərbaycan dilini bilmə səviyyəsinə uyğun sertifikat təqdim olunacaq.

Qeydiyyat: https://forms.gle/o6MYvWZJjc9ywj7g9

Ana dilimizi yaşatmaq, milli kimliyimizi qorumaq gələcəyimizə sahib çıxmaqdır!

Həmçinin yoxlayın

Təbriz səhiyyə mərkəzlərinin tibb bacıları valilik qarşısında etiraz aksiyası keçiriblər

GADTB: 2026-cı il oktyabrın 11-də, bazar günü Təbriz şəhərindəki səhiyyə mərkəzlərinin bir qrup tibb bacısı …

Beş azərbaycanlı fəal həbs, sürgün və elektron xidmətlərdən məhrumetmə cəzasına məhkum edilib

GADTB: Azərbaycanlı fəallar Sima (Əkrəm) Əlipur, Nima Radməniş, Hüseyn İsmaili-Soməə, Salar Tahirəfşar və Vəhid Əbhəri …