GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın antiislam rejimi iyulun 16-da Güney Azərbaycan şəhərlərində müsəlman Azərbaycana xristian Ermənistanın təcavüzünü pisləmək məqsədilə keçirilən mitinqlərdə iştirak edənlərə divan tutub və yaxaladığı onlarla azərbaycanlıdan Məqsud Fəzli Çimənzəmini həbsə edərək, terrorçu sepahın ETTELAAT bölməsində işgəncə etdikdən sonra 100 milyon tümənlik mülki vəsiqə qarşılığında zaminə buraxdı.
Türk fəal iyulun 30-da 100 milyon tümənlik mülki zəmanət qarşılığında müvəqqəti azad edilib.
Azərbaycanlı fəal xristianların müsəlmanlara təcavüzünü pislədiyi üçün İran rejimi tərəfindən “Milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşma” və “İctimai asayişi pozmaq” da ittiham olunub. Görünür antiislam İran rejimi üçün xristianların müsəlmanlara hərbi təcavüzünü pisləmək “Milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşma” və “ictimai asayişi pozmaq” anlamına gəlir.
İyulun 16-da Azərbaycan Respublikasının Təbrizdəki konsulluğu önündə tutulan fəallardan Həkimə Əhmədinin hələ də nəzarətdə saxlanıldığı bildirilir.
Qeyd edək ki, Ermənistanın Tovuz istiqamətində Azərbaycan ərazisinə hücumundan sonra iyulun 16-da azərbaycanlı milli fəallar Azərbaycan Respublikasının Təbrizdəki Konsulluğu və Ermənistanın Tehrandakı səfirliyinin önündə, həmçinin Urmiya, Zəncan, Sulduz, Ərdəbil və s. şəhərlərin bəzi meydanlarında Azərbaycana dəstək mitinqləri keçirməyə cəhd etdilər. Hər il erməniləri təşkilatlandırıb Türkiyə və Azərbaycana qarşı mitinqə çıxaran antiislam İran rejimi Xocalı soyqırımı və Azərbaycana təcavüzlə bağlı bütün tədbirlərə vəhşicəsinə divan tutmuşdur. Bu dəfə də Azərbaycanlı fəalların dinc mitinqinə divan tutulub və onlar yaxalanaraq zindanda işgəncə edib.
Həmçinin yoxlayın
Molla rejimi qüvvələrini geri çəkir
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran İsrailin mümkün hücumlarından ehtiyat edərək Suriya və …
Azərbaycan Ermənistanı Haaqa Məhkəməsinə verdi
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Haaqa Daimi Arbitaj Məhkəməsinə Ermənistana qarşı 2 …