Cümə axşamı , Oktyabr 10 2024
azfa

Yavər Sultani və Fərid Məhəmmədnəjad irqçiliyi ifşa etdikləri üçün 2 il həbsə məhkum edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim irqçiliklə mübarizə və iqçiliyi ifşa etdiklərinə görə azərbaycanlı jurnalistlər Yavər Sultani və Fərid Məhəmmədnəjadı ümumilikdə 2 il həbsə məhkum edib.

Yavər Sultani rejimin Makıda yerləşən 2-ci Cinayət Məhkəməsinin 101-ci şöbəsi tərəfindən şərlənərək “Cinayət və şiddət törətmək hədəfi ilə mitinqə çağırış vermək” ittihamı ilə günahlandırılaraq 1 il həbsə məhkum edilib.

“Maku Times” İnstagram səhifəsinin sahibi, jurnalist və türk fəal Yavər Sultani İran terrorçu sepah-nın təhlükəsizlik qurumu tərəfindən iyulun 13-də yaxalanmış və dindirildikdən sonra çərşənbə axşamı iyulun 14-də rejimin Makıdakı zindanından 50 milyon tümənlik mülki zəmanət qarşılığında zaminə buraxılmışdı.

Sultani ABŞ-da afroamerikalı Corc Floydyb Minneapolis şəhərində ölümündən sonra bir sıra Avropa ölkələrində irqçiliyə qarşı etirazlar baş verdiyini və etirazlar zamanı bir çox şəhərlərdə irqçilik simvolu olan şəxsiyyətlərin heykəllərinin endirilməsinə toxunaraq, Makı şəhərinin Həftə meydanından götürülmüş irqçi şair Firdovsinin heykəlinin geri qaytarılmamasını bir video reportaj paylaşaraq arzu etmişdi etmişdi.

Həmin video reportajdan sonra Makı bələdiyyəsi bir bəyanat yayaraq, Firdovsi heykəlinin Həftə meydanından qaldırılma səbəbini meydanın təmiri ilə əlaqədar olduğunu və bir müddət sonra təkrar yerinə qaytarılacağını bildirimişdi.

İrqçi fars rejimin terrorçu Sepah-ı isə bu azərbaycanlı jurnalistin bəyənilən hərəkətinə görə onu yaxalamış və şərləyərək 1 il həbsə məhkum etdirmişdir.

Bununla yanaşı “Yurd TV” İnstagram səhifəsinin sahibi Fərid Məhəmmədnəjad da həmin irqçiliyə qarşı olmaqla əlaqədar video, eləcə də terrorçu kürdlərə Azərbaycan torpaqlarının satılmasının düzgün olmamasını səsləndirdiyi üçün irqçi fars rejimin terrorçu Sepah-ı tərəfindən şərlənərək “Cinayət və şiddət törətmək hədəfi ilə mitinqə çağırış vermək”də ittiham edilərək 1 il həbsə məhkum edilib.

Həmçinin yoxlayın

Molla rejimi qüvvələrini geri çəkir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran İsrailin mümkün hücumlarından ehtiyat edərək Suriya və …

Azərbaycan Ermənistanı Haaqa Məhkəməsinə verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Haaqa Daimi Arbitaj Məhkəməsinə Ermənistana qarşı 2 …

Bir cavab yazın