Çərşənbə axşamı , İyul 7 2020
azfa

Traxtur komandasına yeni baş məşqçisi gəldi

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Traxtur komandasına yeni baş məşqçisi gəlib. Məhəmməd Təqəvinin Güney Azərbaycanın Traxtur futbol komandasının baş məşqçisi postundan istefa verməsindən sonra klub rəhbərliyi yeni baş məşqçi təyin edib.

Artıq 69 yaşlı belçikalı Corc Likens Traxturun yeni baş məqşçisi seçilib. Corc Likens Belçikada 7 dəfə ilin baş məşqçisi seçilib.

Belçikanın milli komandası Corc Likensin baş məşqçiliyi ilə 1998-ci ildə dünya kubokuna qatılıb. Tanınmış baş məşqçi 2010-cu ildə tarixinin ən ağır dövrünü yaşayan Belçikanın milli komandasını FİFA-nin reytinq sıralamasında 60-cı yerdən 18-ci yerə yüksəldib. Belçikanın milli komandası Corc Likensin komandaya cəlb etdiyi oyunçularla 2018-ci ildə dünya kubokunda 3-cü yeri tutub.

Corc Likens həmçinin Tunis, Əlcəzair və Macarıstanın milli komandalarının da baş məşqçisi olub. Artıq dünən onunla Traxtur klubunun rəhbərliyi arasında müqavilə də bağlanıb.

Həmçinin yoxlayın

Rejim əlaltıları vasitəsilə azərbaycanlı fəal Bəhmən Nəsirzadənin bəraət qərarını ləğv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim əlaltıları vasitəsilə azərbaycanlı şair, müəllim …

Assoşieyted Press: Çin uyğur türklərinin qadınlarını qısırlaşdırır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Çin hakimiyyəti ölkə ərazində müsəlman əhalinin sayını azaltmaq …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir