Şənbə , Oktyabr 17 2026
azfa

Əfğanları öldürən İran onların bu cinayətə etirazına da dözmədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim İran hərbçiləri tərəfindən çox saylı əfğanın öldürülməsinə qarşı keçirilən etirazlara dözməyib və Əfğanıstana nota verib.

Əfqanıstanın İrandakı səfiri Əbdülqafur Livali İranın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ona xəbərdarlıq olunub.

Qeyd edək ki, son günlər İrana qeyri-qanuni yollarla daxil olan əfqanıstanlının ölümü Əfqanıstanın bəzi siyasi dairələrinin etirazına səbəb olub. Bununla əlaqədar olaraq, İranın Kabildəki səfirliyi və digər şəhərlərdəki diplomatik nümayəndəliklərinin qarşısında etiraz aksiyaları keçirilib. Bir cinayətkar qaradərilinin ABŞ polisinin əlində ölməsinə göz yaşı töküb, haray-həşir salan Xamneneinin qüvvələri vasitəsilə bir dəfədə 50-ə qədər müsəlman əfğanlı suya basılaraq boğulub öldürülmüşlər. Bu da əfğanların etirazına səbəb olub.

İran Xarici İşlər Nazirliyinin Qərbi-Asiya İdarəsinin rəisi Seyid Rəsul Müsəvi Əfqanıstanın səfirinə bildirib ki, bəzi siyasi qrupların diplomatik nümayəndəliyə qarşı təxribatı yolverilməzdir.

Qeyd olunub ki, belə hərəkətlərin təkrarlanması iki dövlət arasındakı münasibətlərə mənfi təsir göstərəcək.

İran tərəfi təxribatçıların məsuliyyətə cəlb edilməsini tələb edib.

Səfir rəsmi Tehranın etirazını öz hökumətinə çatdıracağını bildirib.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …

Bir cavab yazın