Bazar , Oktyabr 24 2021
azfa

Ərdəbil vilayəti inkişaf göstəricisinə görə sonuncu yerdədir

GADTB-nin mətbuat mərkəzinə daxil olan məlumata görə bu barədə İran adlanan ölkənin məclisindəki Ərdəbil Millət Vəkilləri Birliyinin sədri Südeyf Bədri açıqlama verib. O deyib ki, Ərdəbil vilayəti başqa vilayətlər arasında inkişaf göstəricilərinə görə sonuncu yeri tutur.

Bədirinin sözlərinə görə Ərdəbil vilayəti əksər göstəricilərdə də sonuncu yerdədir. Belə ki, işsizlikdə üçüncü və adam başına düşən gəlir də İran əhalisinin adam başına düşən orta gəlirinin yarısı qədərdir. Həmçinin bu vilayət geri saxlanılan vilayətlər sırasındadır.

S.Bədri həmçinin qeyd edib ki, Ərdəbil dəmir yolu 12 ildir ki, tikilmir. O bu Azərbaycan vilayətini İranın İsfahan kimi mərkəzi vilayətləri ilə müqayisə edərək deyib ki, bizim yalnız 100 km magistral yolumuz vardır. Halbuki İsfahanın 2000 km magistral yolu vardır.

Bu yaxınlarda Ərdəbilin imam cüməsi də vilayətlərə ayrılan büdcədə ciddi ayrı-seçkiliyin olduğunu qeyd edib və Ərdəbil vilayətinə çox cüzi büdcənin ayrıldığını qeyd etmişdi.

Qeyd edək ki, İran rejiminin ayrı-seçkilik siyasəti nəticəsində Ərdəbil və başqa Azərbaycan vilayətləri qəsdən geri saxlanılır. Bu da əhalinin işsizlik və yoxsulluğuna səbəb olur.

Həmçinin yoxlayın

Çin Şərqi Türküstanda uyğur türklərini məhv etmək üçün repressiv idarəçilik sistemi qurub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Şərqi Türküstanla bağlı bu həftə yayılan hesabata əsasən, …

İran türkcə “Bənsu” adına görə 2 ildi azərbaycanlı körpəyə şəxsiyyət vəsiqəsi vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Güney Azərbaycanda azərbaycanlı körpəyə türkcə …