Çərşənbə , İyul 29 2026
azfa

Ərdəbil zindanına koronavirusun yayılması məhbusların həyatını təhlükəyə saldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərinin zindanında rejimin koronavirusu yayması azərbaycanlı siyasi məhbusların həyatını ciddi təhlükə qarşısında qoyub.  

Ərdəbil zindanının 1-ci və 6-cı bölmələrində həbsdə olan səkkiz məhbus koronavirus infeksiyası əlamətləri ilə zindanın klinikasına aparılıb. Onlardan ikisinin vəziyyəti ağır olsa da zindan məsulları xəstələri xəstəxanaya göndərməyə icazə verməyiblər. Onlar yenə həmin vəziyyətdə digər məhbusların yanına köçürülüblər.

Bundan öncə də bu zindanda koronavirusun yayılması səbəbindən bəzi məhbusların xəstəxanaya köçürüldüyü xəbəri yayılmışdı.

Qeyd edək ki, koronavirus infeksiyasının zindanlarda yayılması səbəbindən məhbusların müvəqqəti evə buraxılması tələb edilsə də rejim azərbaycanlı siyasi məhbusları zaminə buraxmır. Rejim hələ də Lətif Həsəni, Abbas Lisani, Tövhid Əmir Əmini, Məhəmməd Əbdülməhəmmədzadə və digər azərbaycanlı məhbusları zaminə buraxmayıb.

Həmçinin yoxlayın

The Times: “ABŞ və İsrail İranın yeni ali rəhbəri Müctəba Xameneyinin axtarışı üzrə məxfi əməliyyat aparırlar”

GADTB: Kəşfiyyatın məqsədi aradan götürmək deyil, onun sağ olduğunu təsdiqləmək, yerini müəyyənləşdirmək və sağlıq durumunu …

Əhmədrza Cəlalinin azadlığa buraxılması istiqamətində səylər davam edir

GADTB: İsveç Xarici İşlər Nazirliyi farsdilli media orqanlarından birinə cavabında İranda edam cəzasına məhkum edilmiş …

Bir cavab yazın