Ərdəbilli vuşuçu Yusif Səbri dünya çempionu oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney azərbaycanlı vuşu idmançısı Yusif Səbri vuşu üzrə dünya çempionatında qızıl medal qazanıb.

Ərdəbilli idmançı çərşənbə günü Çinin Şanxay şəhərində keçirilən 15-ci dünya çempionatında rəqiblərini məğlub edərək dünya çempionu olub.

Birinci Pakistan və Fransa təmsilçilərini məğlub edən azərbaycanlı idmançı yarışların yarımfinal mərhələsində Tunisdən olan Məhəmməd Reyhaya qalib gəlib. O final yarışında Mərakeşdən olan Səd Borikanı məğlub etdikdən sonra çempionatın qızıl medalını qazanıb.

Qeyd edək ki, Yusif Səbri karyerası boyunca bir neçə milli, Asiya və dünya çempionatında yer alıb. O, 2017-ci ildə Kazan Dünya Çempionatında qızıl medal qazanıb.

Həmçinin yoxlayın

CNN-in Azərbaycanla bağlı iddiası yalan çıxdı

GADTB: İyunun 5-də CNN-in “İsrail İran müharibəsi zamanı region üzrə gizli şəbəkənin bir hissəsi olaraq …

Şuşada Türk Dövlətləri Təşkilatı ölkələrinin Rəqabət Forumu keçirilib

GADTB: Şuşada Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə …

Bir cavab yazın