GADTB: Wall Street Journal nəşrinin yazdığına görə, İsrail yaxın zamanda İrana yenidən hərbi zərbə endirə biləcəyi barədə xəbərdarlıq edib. Məlumata əsasən, İsrail rəsmiləri bu ehtimal barədə ABŞ-li səlahiyyətli şəxsləri məlumatlandıraraq, İranın ballistik raket proqramını yenidən bərpa etmək istiqamətində atdığı addımların yeni hərbi müdaxilə riskini artırdığını bildiriblər. Qeyd olunur ki, Tehranın …
Ətraflı oxu »Aylıq Arxivlər: Dekabr 2025
Güney Azərbaycanın Tikantəpə bölgəsinin Zərəhşuran Qızıl Mədənində işçilərin tətili davam edir
GADTB: Tikantəpə rayonunda yerləşən Zərəhşuran qızıl mədənində işçilərin etiraz aksiyası təxminən iki həftədir davam edir. Qərbi Azərbaycan əyalətində yerləşən bu iri qızıl mədəninin işçiləri 22 Azər tarixindən etibarən əməkhaqqı ödənişlərində bərabərsizliyə və ayrı-seçkiliyə etiraz olaraq iş dayandırıblar. Etirazın əsas səbəbləri sırasında vəzifə və peşələrin dərəcələndirilməsi planının icra edilməməsi, rəsmi və …
Ətraflı oxu »Atlantik okeanında ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən İranın “Bella-1” tankeri saxlanılıb
GADTB: Reuters xəbər agentliyi İranın “Bella-1” neft tankerinin bir neçə günlük təqibdən sonra bir neçə dəqiqə əvvəl Atlantik okeanında ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən saxlanıldığını iddia edib. Bu xəbər hələlik rəsmi İran və ya Amerika mənbələri tərəfindən təsdiq və ya təkzib edilməyib və tankerin dayanma səbəbi ilə bağlı əlavə məlumat …
Ətraflı oxu »SEPAH-ın Urmiyada siyasi məhbusları saxladığı gizli mərkəzlər üzə çıxdı
GADTB: Güney Azərbaycanın Urmiya şəhərində SEPAH-a bağlı dörd gizli və yüksək təhlükəsizlikli saxlama mərkəzi ifşa olunub. Bununla bağlı, “Edama Yox” Kampaniyasının “Telegram” kanalı məlumat yayıb. Bildirilib ki, Urmiya şəhərindəki iki hərbi kazarma daxilində fəaliyyət göstərən bu mərkəzlər hüquqi nəzarət və məhkəmə şəffaflığı olmadan fəaliyyət göstərir. Onların arasında: • Əl-Mehdi kazarması: …
Ətraflı oxu »Paşinyan Zəngəzur dəhlizinun tikinti vaxtını açıqladı
GADTB: Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 25-də jurnalistlərlə söhbətində deyib ki, belə görünür ki, TRIPP (“Tramp marşrutu” – Zəngəzur dəhlizi) layihəsi çərçivəsində işlərə 2026-cı ilin ikinci yarısında başlayacağıq. O, ilk layihənin dəmir yolunun tikintisi olacağını söyləyib. “Bizim fikrimizcə, dəmir yolu birinci olmalıdır, çünki müvafiq marşrutlar keçmişdə fəaliyyət göstərib”, – …
Ətraflı oxu »Molla rejimi azərbaycanlı milli fəal Salar Tahir Əfşarın həbs cəzasını artırdı
GADTB: Azərbaycanlı milli fəal Salar Tahir Əfşarın cəzası Tehran İnqilab Məhkəməsinin 26-cı bölməsinin qərarı ilə artırılıb. Yeni hökmə əsasən, daha əvvəl bir il həbs və iki il ölkədən çıxış qadağası alan Salar Tahir Əfşar 5 il müddətinə azadlıqdan məhrum edilib. Bununla yanaşı, ona bir il ölkədən çıxış qadağası da tətbiq …
Ətraflı oxu »İran Futbol Federasiyası Traxturla bağlı düşməncəsinə qərar verdi
GADTB: Traxtur azarkeşlərinin Pəhləvi əleyhinə səsləndirdiyi şüarlardan sonra İran Futbol Federasiyasının İntizam Komitəsi Traxtur klubu ilə bağlı cəza qərarı verib. Qərara əsasən, Traxtur komandasının ölkə kuboku çərçivəsində keçirəcəyi bütün oyunlar tamaşaçısız təşkil olunacaq. Bununla yanaşı, Traxtur azarkeşləri növbəti mövsüm ölkə kubokunda “Piruzi” (Persepolis) komandası ilə keçiriləcək qarşılaşmanı stadiondan izləmək hüququndan …
Ətraflı oxu »Molla rejimi quşaçaylı Yəqub Kərimpuru casusluq ittihamı ilə edama məhkum edib
GADTB: Quşaçay (Miandab) sakini Yəqub Kərimpur Urmiyada rejimin İnqilab Məhkəməsinin birinci şöbəsi tərəfindən, hakim Səccad Dustinin sədrliyi ilə, “İsrailin xeyrinə casusluq etməklə ifsad fil-ərz törətmək” ittihamı ilə edam cəzasına məhkum edilib. Bildirilir ki, hökm qısa müddətli məhkəmə iclasından sonra videokonfrans yolu ilə çıxarılıb və 17 azər 1404-cü il tarixində Urmiya …
Ətraflı oxu »Tahir Nəqəvinin həyat yoldaşı Süheyla Sədəqiani dəstəyinə görə 5 saat dindirilib
GADTB: Evin həbsxanasının 7-ci bölməsində həbsdə saxlanılan vəkil və ictimai fəal Tahir Nəqəvinin həyat yoldaşı Süheyla Sədəqiani çərşənbə günü 3 Dey 1404-cü il, Kərəc şəhəri Kəşfiyyat İdarəsindən gələn təkrar zəng və təhdidlərdən sonra səhər saat 09:00-da həmin quruma çağırılıb və beş saatdan artıq dindirilib. Məlumata görə, dindirmə zamanı Süheyla Sədəqiani …
Ətraflı oxu »Azərbaycanlı milli fəal Əli Xeyrcu Evin zindanında karantin bölməsinə köçürülüb
GADTB: Güney Azərbaycanlı milli fəal Əli Xeyrcu ailəsi ilə qısa telefon danışığı zamanı Tehranın Evin Həbsxanasında yerləşən Kəşfiyyat İdarəsinin 209 saylı İstintaq Təcridxanasından 7 saylı karantin bölməsinə köçürüldüyünü bildirib. Məlumatlı mənbələrin bildirdiyinə görə, məhkəmə prosesində ona qarşı irəli sürülən ittihamlar arasında “qanunsuz qrupa üzvlük”, “milli təhlükəsizliyə qarşı toplaşmaq və gizli …
Ətraflı oxu »
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi