GADTB: Evin həbsxanasında, xüsusilə də azərbaycanlı fəalların da saxlanıldığı kişi siyasi məhbuslar üçün nəzərdə tutulan 7-ci bölmədə sanitariya vəziyyətinin kəskin şəkildə pisləşdiyi bildirilir. Məlumatlara görə, bu bölmədə bir neçə məhbus yoluxucu qaşınma (qal) xəstəliyinə tutulub və onlardan bəziləri karantinə köçürülüb. Ehtimal edilir ki, xəstəlik Tehran Böyük Həbsxanasından Evinə köçürülən məhbuslar …
Ətraflı oxu »Aylıq Arxivlər: Dekabr 2025
Güney Azərbaycanda milli şüarlar səslənir; “Azərbaycan şərəfdir, Pəhləvi bişərəfdir!”- Video
GADTB: Urmiya şəhərində Durnalar Yuvası idman kompleksində Güney Azərbaycanın Bələdiyyə və Eslamşəhrin Təbiət voleybol komandalarının oyunu çərçivəsində azərbaycanlı azarkeşlər, 26 Azərdə Azərbaycan türklərinə qarşı mənəvi soyqırım törətməsini anaraq milli şüarlar səsləndiriblər. Onlar “Azərbaycan şərəfdir, Pəhləvi bişərəfdir!” şüarı səsləndiriblər. Azərbaycanlı tərəfdarlar həmçinin aşağıdakı şüarları səsləndiriblər: “Türk dilində mədrəsə, olmalıdır hər kəsə!” …
Ətraflı oxu »Sayın Mikayil bəy Oyta və sayın Sara xanım Azərsun Avstraliyada şəhid türk konsulun anım mərasimində-Şəkil
GADTB-nin Mətbuat Mərkəzinin yaydığı məlumata görə, bu gün 2025-ci il dekabrın 17-i Avstraliyanın Sidney şəhərində ermənilərin 1980-cı ildə terror etdiyi Türkiyə Baş konsulu Şarık Ariyak və mühafizəçisi ataşe Engin Severin şərəfinə anım mərasimi keçirilib. Sidneydə keçirilən anım tədbirinə Avstraliya Azərbaycan Assosiasının prezidenti, GADTB-nin Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayıl Oyta …
Ətraflı oxu »Zəncanda bahalaşma və yoxsulluğa qarşı etiraz çağırışından sonra Cəlil Abbasi saxlanılıb
GADTB: Azərbaycanlı boks məşqçisi və ictimai-siyasi fəal Cəlil Abbasi bazar günü — azər ayının 23-də — Zəncan şəhərində yerləşən mağazasında molla rejimin qüvvələri tərəfindən saxlanılıb. Onun yaxınlarının bildirdiyinə görə, Cəlil Abbasinin saxlanılması cümə axşamı, azər ayının 27-də saat 12:00-da Zəncan valiliyi qarşısında keçirilməsi planlaşdırılan etiraz aksiyası ilə bağlı yaydığı çağırışla …
Ətraflı oxu »Təbrizdə sahibsiz heyvanların müdafiəçisi olan qadınlar saxlanılıb, dindirildikdən sonra azad ediliblər; şəxsi əşyələri müsadirə olunub
GADTB: Təbriz şəhərində sahibsiz heyvanlara dəstək məqsədilə keçirilən dinc aksiya zamanı təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə aksiyada iştirak edən bir qrup qadın saxlanılaraq Təbrizin Saib meydanında yerləşən Polis İdarəsinin ETTELAAT şöbəsinə aparılıb. “Abbas Lisaninin İnformasiya Səhifəsi”nin məlumatına görə, saxlanılanların dəqiq sayı hələlik açıqlanmayıb. Bununla belə, əldə olunan bilgilərə əsasən, bütün saxlanılan …
Ətraflı oxu »Təbrizdə İstilik Elektrik Stansiyasında mazut yandırılır: hava çirklənməsi artır, əhalinin sağlamlığı təhlükə altındadır
GADTB: Təbriz İstilik Elektrik Stansiyasında mazutun yandırılmasının davam etməsi şəhərdə hava çirklənməsinin nəzərəçarpacaq dərəcədə artmasına səbəb olub. Nəticədə bu böyük şəhərin səmasında qalın tüstü və zərərli hissəciklərdən ibarət sıx bir qat formalaşıb. Bildirilir ki, son günlərdə müşahidə olunan yağıntılar da havanın çirklənməsini azaltmağa kifayət etməyib. Mövcud vəziyyət ətraf mühitə vurulan …
Ətraflı oxu »Sayın Mikayil bəy Oytadan Azərbaycan Prezidenti cənab İlham Əliyevə təbrik məktubu- Şəkil
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayil bəy Oyta Azərbaycan Prezidenti cənab İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubu olduğu kimi təqdim edirik: Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Hörmətli cənab Prezident, Müqəddəs Qarabağ …
Ətraflı oxu »“Hoover İnstitutu” “Tramp Marşrutu”nda bütün regional aktorların maraqlarını nəzərə almağı məsləhət görür
GADTB: Amerikanın aparıcı mühafizəkar beyin mərkəzi olan HOVER İnstitutu ABŞ administrasiyasına xitabən yazır: “Vaşinqton üçün ən yaxşı məsləhət, davamlı olaraq gələcək proseslərə təkan verməklə yanaşı, TRIPP və əlaqəli inkişafları geniş ictimaiyyət üçün mümkün qədər məqbul etmək üçün çoxvektorlu siyasət ruhunu mənimsəməkdir. Çin, Rusiya və ya İran şirkətləri (sanksiya tətbiq edilən …
Ətraflı oxu »Bakı 2026-cı il Dünya İdman Paytaxtı elan olundu
GADTB: Dünya İdman Paytaxtı titulu rəsmi olaraq Monakodan Bakıya təhvil verilib, bununla da Azərbaycan paytaxtı 2026-cı il üzrə Dünya İdman Paytaxtı elan olunub. Bakının “Dünya İdman Paytaxtı” (“World Capital of Sports”) elan olunmasına həsr edilmiş rəsmi təqdimetmə mərasimi keçirilir. Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Milli Olimpiya Komitəsinin …
Ətraflı oxu »Türkiyə Prezidenti: Azərbaycan və Ermənistan sülh müqaviləsini imzalamağa yaxındırlar
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan XVI səfirlər konfransında bildirib ki? Azərbaycan və Ermənistan sülh müqaviləsini imzalamağa yaxındırlar. “Azərbaycanla dialoq apararkən, eyni zamanda, Ermənistanla normallaşma prosesini də irəlilədirik”, – Türkiyə Prezidenti qeyd edib. Türkiyə Prezidenti onu da bildirib ki, bu istiqamətdə gələn ilin əvvəlindən etibarən bir neçə simvolik addım atacaqlar.
Ətraflı oxu »
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi