İranın Ermənistandakı səfiri: “Qafanda baş konsulluğun açılması İran üçün qaçılmaz idi”

GADTB: İranın Ermənistandakı səfiri Mehdi Sübhani dünən “Tələbə” xəbər ajansına müsahibəsində İranın Qafandakı Baş Konsulluğunun ölkəsinə üstünlüklərindən söz açaraq deyib:

“-Ermənistanın cənubunun təhlükəsizliyi ölkəmizlə bağlı olan strateji bölgədir. İranın yük maşınlarının əsas hərəkət istiqaməti Ermənistanın cənub marşrutudur;

-Qafanda baş konsulluğun olması İran üçün qaçılmaz idi. Baş konsulluğumuz sərhədlə əlaqələri artırıb. Konsulluqla sərhəd arasında məsafənin az olması səbəbindən mövcud problemlər dərhal və birbaşa izlənilir;

-Qafandakı konsulluğumuz İran prezidentliyinə seçkilərdə seçicilərin iştirakı artırıb və seçkdə səs verməyə iranlı sürücülər qatılıblar;

-Ermənistan xalqı və hökuməti fars dilinin öyrənilməsində maraqlıdır. Ermənistan hökuməti öz tələbələrinin qonşu ölkələrdən birinin dilini ya fars, ya Azərbaycan, ya da gürcü dilinin öyrənilməsini təsdiqləyib”./ Azad İran

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı fəal Bəhram İbrahimpuru Əcəbşirdə həbs edərək Marağa həbsxanasına köçürüb

GADTB: İrqçi fars-molla rejimi azərbaycanlı fəal Bəhram İbrahimpuru fərvərdinin 29-da ona qarşı irəli sürülən ittihamlar …

Molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 48 nəfərin əmlakı müsadirə etdi

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 48 nəfərə məxsus əmlak və maliyyə vəsaitləri …