Şənbə , Oktyabr 31 2026
azfa

“Traxtur” klubuna xarici baş məşqçi cəlb edilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Qostəreşe fulad” klubunun da sahibi olan “Traxtur” klubunun yeni sahibi Məhəmmədrza Zunuzi “Traxtur”a xarici baş məşqçi cəlb edəcəyini bildirib.

O deyib ki, Avropa və ya Cənubi Amerikadan “Traxtur” klubuna baş məşqçi gətirmək istəyir. Hələlik rəsmi olmayan məlumata görə, artıq Zunuzi Barselonaya baş məşqçilik etmiş Frank Rikardla müzakirəyə başlayıb.

Sosial şəbəkələrdə isə Mustafa Denizli, Şenol Günəş və Filips Maqat kimi xarici baş məşqçilərin “Traxtur”a cəlb olunacağı ehtimalından danışılır.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Azərbaycanlı uşağa Kayahan adına görə 94 gündür molla rejimi doğum haqqında şəhadətnamə vermir

GADTB: Təbrizdə rejimin Əhalinin Vəziyyətinin Qeydiyyatı İdarəsi türk mənşəli “Kayahan” adı ilə bağlı bir uşağa …

Bir cavab yazın