Türkiyə və ABŞ-ın üçmərhələli Menbiç planı müəyyənləşdi

GADTB-nin Mətbuat Mərkəzinin Axar.az-a istinadən yaydığı məlumata görə, Türkiyə və ABŞ-ın Menbiç planının detalları məlum olub. Bu barədə Anadolu Agentliyi Türkiyə kəşfiyyatına yaxın və ikitərəfli görüşlərdə iştirak etmiş mənbələrə istinadən informasiya yayıb.

Plana əsasən, Fərat çayının qərb sahilində məskunlaşan terrorçular saziş əldə olunduqdan sonrakı bir ay ərzində bölgədən çıxarılacaq. Artıq YPG terror qruplaşmasının liderləri mahalı tərk etməyə başlayıblar. Onlar Menbiçi tərk edərək Fəratın şərqindəki Eyn ül-Ərəb bölgəsinə gediblər. Ancaq qruplaşmanın vahid halda geri çəkilməsinə hazırlıqlar hələlik başlamayıb.

Menbiç planın ikinci mərhələsində Çavuşoğlu-Pompeo görüşündən 45 gün sonra türk və amerikalı əsgərlərin, kəşfiyyat orqanlarının mahalda nəzarətə başlaması nəzərdə tutulur. Nəzarət mexanizminin təfərrüatı ərazidəki ehtiyaclara görə yenidən formalaşdırılacaq.

Planın üçüncü mərhələsində isə Menbiç bölgəsində yerli ünsürlərin iştirakı ilə 60 gün ərzində idarəetmə orqanının yaradılması nəzərdu tutulur. Bölgənin təhlükəsizliyini təmin edəcək hərbi məclis və şəhər xidmətlərini yerinə yetirəcək yerli məclis əhalinin etnik bölgüsünə əsasən qurulacaq.

Razılaşmanın yekun forması iyunun 4-də Vaşinqtonda keçiriləcək Pompeo-Çavuşoğlu görüşündə məlum olacaq.

 

Həmçinin yoxlayın

Molla rejimi ana dilinə görə həbs etdiyi azərbaycanlı fəal Əsgər Fərəcinin son durumu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi ana dilinə görə azərbaycanlı fəal …

Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib. …

Bir cavab yazın