Cümə , Avqust 28 2026
azfa

Suriyada kürd terror təşkilatlarına qarşı mübarizə davam edir

GADTB: Suriyada Fərat çayının şərqində Azad Suriya Ordusu (ASO) ilə terror təşkilatı PKK/PYD/YPG/SDG arasında qarşıdurmalar davam edir.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Bu çərçivədə Suriyanın ərazi bütövlüyünü, siyasi birliyini, təhlükəsizliyini və sabitliyini təmin etmək üçün terrorizmlə mübarizəyə xələl gətirmədən qarşı tərəflə sıx əməkdaşlıq və koordinasiyada olmağa davam edəcəyik. Türkiyə Silahlı Qüvvələri olaraq Suriyada “az danışıq, çox iş” prinsipi ilə hərəkət edirik. Yeni dövrdə Suriyada terror təşkilatlarına yer olmadığını, həm yeni keçid hökumətinin, həm də Türkiyənin buna imkan verməyəcəyini qəti şəkildə göstərmiş olacağıq”, – nazirlik bildirib.

Həmçinin yoxlayın

Tramp: Hörmüz boğazı açıqdır; İran yenidən ABŞ-ın hücumuna məruz qalmaq istəmir

GADTB: ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının açıq olduğunu bildirib və İran rejiminin Vaşinqtonla qarşıdurmanı …

Bessent: İran rejiminin tərəfdarları dollara və qlobal maliyyə sisteminə çıxış əldə etməməlidirlər

GADTB: ABŞ-ın maliyyə naziri Skott Bessent ABŞ Maliyyə Nazirliyinin Birləşmiş Ərəb Əmirliklərindəki Misir Bankının filialına …