Şənbə , Avqust 29 2026
azfa

İran rəsmisi: “İranın Azərbaycana yatırdığı investisiyaların həcmi azalıb”

GADTB: İran Ticarət Palatasının nümayəndə heyətinin üzvü Hüseyn Vosuqi İrani bəyan edib ki, “böyük şirkətlərlə yanaşı kiçik podratçılar və özəl şirkətlər də Azərbaycana uğurla sərmayə qoysalar da, son dövrlərdə İrandan investisiya axını bir-iki il əvvəlki illərdəki kimi güclü olmayıb”.

Onun sözlərinə görə, “Azərbaycan təkcə İran mallarının alıcısı deyil, həm də İran mallarının Qafqaz regionuna və xüsusən də Rusiyaya ixracında xüsusi yer tutur. Beləliklə, Azərbaycan iranlılar üçün həm istehlak bazarı, həm də digər ixrac bazarlarına qapıdır”.

İran rəsmisi qeyd edib ki, “yük maşınları Ermənistan və Türkiyədən də keçə bilsə də, Gürcüstan bazarına ən asan quru yolu Azərbaycandır”./ Azad İran

Həmçinin yoxlayın

Tramp: Hörmüz boğazı açıqdır; İran yenidən ABŞ-ın hücumuna məruz qalmaq istəmir

GADTB: ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının açıq olduğunu bildirib və İran rejiminin Vaşinqtonla qarşıdurmanı …

Bessent: İran rejiminin tərəfdarları dollara və qlobal maliyyə sisteminə çıxış əldə etməməlidirlər

GADTB: ABŞ-ın maliyyə naziri Skott Bessent ABŞ Maliyyə Nazirliyinin Birləşmiş Ərəb Əmirliklərindəki Misir Bankının filialına …