Cümə axşamı , Oktyabr 29 2026
azfa

Rejimdən etiraf:Vandan Urmiyaya suyun çəkilməsi böş söhbətdir

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, irqçi fars rejimi Urmiya gölünü qurutduğu üçün Azərbaycan türklərinin etirazından sonra rejim gölün bərpasına dair çox sayda yalan vədlər verib. Həmin vədlərdən biri də Van gölündən Urmiya gölünə suyun çəkilməsi idi.

İrqçi fars rejimin Ətraf Mühiti Mühafizə Təşkilatının rəisi İsa Kələntəri müxbirlərlə müsahibəsində etiraf edib ki, Van gölündən Urmiya gölünə suyun çəkilməsi ancaq söz-söhbət idi və bu barədə qərar verilməyib.

Qeyd edək ki, əhalinin Urmiya gölünün qurudulmasına etirazlardan sonra Ruhani Güney Azərbaycana səfər edəndə Van gölündən Urmiya gölünə suyun çəkilməsi məsələsi gündəmə gəlmişdi və millət vəkilləri də ağız dolusu bu məsələdən və Vəddən söz açırdılar. Lakin bu etirafdan sonra rejimin bu vədinin də yalan olduğu öz təsdiqini tapdı.

Həmçinin yoxlayın

Qərb kəşfiyyatı İrandan gələn terror təhlükəsindən narahatdır

GADTB: Fransanın “Le Monde” qəzeti və Britaniyanın MI5 kəşfiyyat xidmətinin məlumatına görə, İranın Avropadakı casusluq, …

Türkiyədə Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

GADTB: Ankarada 29-30 oktyabr 2026-cı il tarixlərində keçiriləcək 13-cü Türk Dövlətləri Təşkilatı (TDT) Zirvə Görüşü …

Bir cavab yazın