Cümə axşamı , Oktyabr 15 2026
azfa

Netanyahu İranın ABŞ-a çata biləcək raketlər hazırlamağa çalışdığını iddia edir

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, 2017. / AFP PHOTO / POOL / RONEN ZVULUN

İsrailin Baş naziri Benyamin Netanyahu iddia edib ki, İran ABŞ ərazisinə çata biləcək uzaq mənzilli ballistik raketlər üzərində işləyir.

Netanyahunun sözlərinə görə, İran artıq Avropaya qədər çata bilən raketlər hazırlayır və növbəti mərhələdə 8000 km məsafəyə uçuş qabiliyyətinə malik qitələrarası ballistik raketlər istehsal etməyi planlaşdırır:

“Əlavə 3000 km ilə onlar Nyu-Yorka, Floridaya, Vaşinqtona, Bostona və digər ABŞ şəhərlərinə çata biləcəklər”.

O əlavə edib ki, İran bu raketləri nüvə başlıqları ilə təchiz etmək niyyətindədir və bu, artıq ehtimal deyil, faktdır.

Həmçinin yoxlayın

İsrail ordusu İrana qarşı məqsədli hücum üçün ən yüksək hazırlıq səviyyəsinə gətirilib

GADTB: “İsrael Hayom” nəşri xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi təlimlər …

Tramp: Bəlkə də İran rəhbərlərini öldürməməliydik, artıq kiminlə danışıqlar aparacağımı bilmirəm

GADTB: ABŞ Prezidenti Donald Tramp yenidən bildirib ki, bəlkə də İran İslam Respublikasının bir sıra …