Cümə , Avqust 21 2026
azfa

Molla rejimi işgəncə etdiyi türkmən fəalı Tahir Sarlını zaminə biuraxıb

GADTB: İrqçi fars-molla rejimi həbs edərək vəhşicəsinə işgəncə etdiyi türkmən fəalı Tahir Sarlını zaminə buraxıb.

O, fiziki və mənəvi işgəncələrlə müşayiət olunan həbs müddətindən sonra Gonbədkavus həbsxanasından müvəqqəti olaraq azadlığa buraxılıb.

Tahir Sarlı müvəqqəti azadlığa buraxıldıqdan sonra verdiyi bəyanatda bu yolda onu müşayiət edən və dəstəkləyən bütün fəallara, siyasi qruplara, hüquq müdafiəçilərinə təşəkkür edilib.

“Bizim gücümüz birliyimizdədir və birgə səylər dəyişikliklərə yol aça bilər.” – deyə o bildirib.

Qeyd edək ki, Tahir Sarlı avqustun 5-də internetdə dediyi tənqidi fikirlərə görə Tehrandakı iş yerində həbs edilib və Gonbədkavus həbsxanasına köçürülüb.

Həmçinin yoxlayın

Trampın İrana qarşı yeni tədbirləri Çinə ciddi xəbərdarlıqdır

GADTB: Nüvə İranına Qarşı Birliyin (UANI) siyasi direktoru Ceyson Brodski ABŞ prezidenti Donald Tramp administrasiyasının …

ABŞ-ın Körfəzdəki yeni aviadaşıyıcısı fəaliyyətə başlayıb

GADTB: ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS George Washington (CVN 73)” aviadaşıyıcısı fəaliyyətə başlayıb. Bu …