İranda yüz minlərlə məktəbli təhsili tərk edib

GADTB: Ötən tədris ilində İranda 750 min şagirdin müxtəlif səbəblərdən təhsili yarımçıq qalıb. Bununla bağlı, Tehran Məktəb Ləvazimatları İttifaqının rəhbəri Möhsün Gülüstani məlumat verib.

Onun sözlərinə görə, şagirdlərin məktəbi tərk etməsinin əsas səbəbi yoxsulluq və təhsil xərclərinin artmasıdır. Gülüstani bildirib ki, bu amillər təhsildən yayınma hallarının artmasına birbaşa təsir göstərir.

Təhsili yarımçıq qoyan şagirdlərin 150 mininin ibtidai siniflərdə – 1-5-ci siniflərdə oxuduğu qeyd olunub.

Həmçinin yoxlayın

Müctəba Xameneinin ölməsi ehtimal edilir

GADTB: Son saatlarda sosial mediada İranın yüksək rütbəli rəsmilərinin həlak olduğunu göstərən görüntülərin yayılması geniş …

Sayın Mikayil bəy Oyta və sayın Sara xanım Azərsun Sidneydə 23 April Uşaklar Günü tədbirində- Video

GADTB: 23 Aprel Uşaqlar Günü münasibətilə Avstraliyanın Sidney şəhərində Türk Öz Təşkilatı tərəfindən tədbir təşkil …