
GADTB: Molla rejimin Güney Azərbaycana qarşı ayrı-seçkilik siyasəti nəticəsində buradakı layihələr illərlə tamamlanmır. Urmiya-Təbriz avtomobil yolu da iyirmi ilə yaxındır ki, tamamlanmayıb.
Urmiya-Təbriz magistral yolunu bu əyalətin əhalisi və rəsmilərinin yol tikintisi sahəsində ən mühüm qayğılarından biri hesab edən Qərbi Azərbaycan vilayətinin Yollar və Şəhərsalma üzrə Baş direktoru Peyman Aramon bu magistralın son vəziyyəti barədə İRNA-ya bildirib ki, vilayət ərazisində magistral yolun birinci və ikinci faza şəklində tamamlanması üçün tədbirlərinə başlanılıb.
İnvestorla imzalanan müqavilənin üfüqü və müddəti üç ildir və onun məbləği 100 trilyon rialdır ki, bunun da 60 faizinin investora çatdırılması nəzərdə tutulur.
O, həmçinin etiraf edib ki, layihəyə uzun illər əvvəl başlansa da, hələ də tamamlanmayıb.
“Magistral yol sadəcə tikinti layihəsi deyil, bizim üçün bu yol təhlükəsizlik, səyahət vaxtının azaldılması və iqtisadi rifah deməkdir. Amma insanlar artıq möhtəşəm açılış mərasimlərinə etibar etmirlər, çünki biz layihələrin dəfələrlə yarımçıq qaldığının şahidi olmuşuq.”- bu sözləri İLNA-ya müsahibə verən bir vətəndaş veyib.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi