Cümə axşamı , Aprel 30 2026
azfa

Ərdəbildə Beynəlxalq Aşıqlar Festivalı keçirilib- Video

GADTB: Güney Azərbaycanın Ərdəbil şəhərinin Fədək Mədəniyyət Kompleksində üçüncü dəfə Beynəlxalq Aşıqlar Musiqi Festivalı keçirilib.

Festivalda Güney Azərbaycanın müxtəlif vilayətlərindən qruplar, eləcə də Azərbaycan Respublikası, Türkiyə, Gürcüstan və İraqdan gələn qonaqlar çıxış ediblər.

Qeyd edək ki, aşıqlar Güney və Quzey Azərbaycan tarixində həmişə mədəniyyət, müqavimət və sevgi rəmzi olub. Onlar türk millətinin ağrılarını, sevinclərini, arzularını şeir və musiqi vasitəsi ilə nəql ediblər.

Aşıq musiqisinin əsas mərkəzlərindən olan Ərdəbildə belə bir festivalın keçirilməsi bu qədim irsin yaşadılması istiqamətində mühüm addımdır.

https://t.me/GADTB1/45186

Həmçinin yoxlayın

İran mətbuat azadlığına dünyada sondan üçüncüdür

GADTB: “Sərhədsiz Reportyerlər” təşkilatının məlumatına görə, 2026-cı ildə İran mətbuat azadlığı baxımından dünyanın ən pis …

BMT İranda edamların dayandırılmasına çağırıb

GADTB: BMT-nin İran üzrə xüsusi məruzəçisi Mai Sato ölkə hakimiyyətini edamların dayandırılmasına çağırıb. O bildirib …