Cümə axşamı , Avqust 20 2026
azfa

G7 BMT İrana qarşı sanksiyalarını alqışladı

GADTB: Böyük Yeddilik (G7) qrupuna üzv ölkələrin xarici işlər nazirləri birgə bəyanat yayaraq, İrana qarşı BMT-nin sanksiyalarının yenidən tətbiq olunmasını alqışlayıb.

Bununla bağlı bəyanatda bildirilib ki, sanksiyaların bərpası “İranın Hərtərəfli Birgə Fəaliyyət Planı (JCPOA) çərçivəsində öz öhdəliklərini davamlı şəkildə yerinə yetirməməsinin nəticəsidir”.

Bəyanatda Almaniya, Fransa, Yaponiya, Britaniya, İtaliya, ABŞ və Kanada Tehrana qarşı BMT TŞ-nin qətnamələrində nəzərdə tutulan bütün sanksiyaların və məhdudiyyətlərin bərpa olunmasına sadiqliklərini ifadə ediblər.

G7 ölkələri diplomatiyanın əhəmiyyətini vurğulayaraq İranı aşağıdakı addımları atmağa çağırıblar:

• Gərginliyi artıran addımlardan çəkinmək;

• ABŞ ilə birbaşa danışıqlara dərhal başlamaq;

• Nüvə silahının yayılmaması ilə bağlı beynəlxalq öhdəliklərə əməl etməkdə ciddi irəliləyiş nümayiş etdirmək.

Həmçinin yoxlayın

Trampın İrana qarşı yeni tədbirləri Çinə ciddi xəbərdarlıqdır

GADTB: Nüvə İranına Qarşı Birliyin (UANI) siyasi direktoru Ceyson Brodski ABŞ prezidenti Donald Tramp administrasiyasının …

ABŞ-ın Körfəzdəki yeni aviadaşıyıcısı fəaliyyətə başlayıb

GADTB: ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS George Washington (CVN 73)” aviadaşıyıcısı fəaliyyətə başlayıb. Bu …