Çərşənbə , Oktyabr 28 2026
azfa

ABŞ İranın dəstəklədiyi İraq yaraqlılarına qarşı sanksiyalar tətbiq edib

GADTB: ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi İran hakimiyyətinin dəstəklədiyi İraq yaraqlıları və onlara maliyyə yardım edən şəxslər və şirkətlərə qarşı sanksiyalar tətbiq edib.

Bəyanatda qeyd olunur ki, bu qruplar, o cümlədən “Kataib Hizbullahı”, ABŞ sanksiyalarından yan keçmək, silah qaçaqmalçılığı və korrupsiya ilə məşğuldur. Nazirlik bildirib ki, onlar İraqın iqtisadiyyatına zərbə vurur, rüşvət yolu ilə resursları ələ keçirir və ölkədə sabitliyə mane olurlar.

Sanksiyalar, habelə, İranın xeyrinə çirkli pulların yuyulmasında iştirak edən bankirləri və terrorçu qruplara xidmət göstərən şirkətləri də əhatə edir.

Həmçinin yoxlayın

Ermənistan parlamenti ABŞ-la TRIPP layihəsi üzrə sazişi təsdiqləyib

GADTB: Ermənistan parlamenti “Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında TRIPP layihəsi üzrə strateji əməkdaşlıq …

Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədim Evin zindanının 209-cu bölməsinə köçürülüb

GADTB: Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədimə qarşı təhlükəsizlik və məhkəmə orqanlarının təzyiqlərinin davam …