
GADTB: Bu gün Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) keçirilən prezident seçkilərində saat 16:00-a seçici fəallığı bəlli olub.
Saat 16:00-a olan məlumata görə, seçicilərin 53%-i səsvermədə iştirak edib.
Qeyd edək ki, prezident seçkilərində əsas mübarizənin ŞKTC-nin müstəqilliyinin tərəfdarı olan Ersin Tatar və federasiya modelini dəstəkləyən Tufan Erhürman arasında olacağı proqnozlaşdırılır. Tufan Erhürman Cümhuriyyət Türk Partiyasının prezidentliyə namizədidir, 2020-ci ildə keçirilən seçkilərdə də Ersin Tatarın rəqibi olub.
Səsvermə yerli vaxtla saat 08.00-da başlayıb, saat 18.00-dək davam edəcək.
Prezident postu uğrunda hazırkı dövlət başçısı Ersin Tatar müstəqil namizəd kimi mübarizə aparır.
Tufan Erhürman, Hüseyn Gürlek, Mehmet Hasgüler, Arif Salih Kırdağ, Ahmet Boran, İbrahim Yazıcı və Osman Zorba da prezidentliyə namizədlərdir. Hüseyn Gürlek səsvermədən bir gün əvvəl Ersin Tatarın xeyrinə namizədliyini geri götürüb.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi