Cümə axşamı , Oktyabr 15 2026
azfa

Tramp: “İrana hücum etməklə biz bölgədəki qulduru məhv etdik”

GADTB: ABŞ prezidenti Donald Tramp “Time” jurnalına müsahibəsində deyib ki, onun prezidentliyi dövründə ilk dəfə İrana hərbi hücumu Yaxın Şərqdə baş verən proseslərdə “dönüş nöqtəsi” olub və ərəb ölkələri ilə İsrail arasında sülhə zəmin yaradıb.

Müsahibədə Tramp iddia edib ki, İranın nüvə obyektlərini bombalamaqla “bölgə üçün əsas təhlükə” aradan qaldırılıb və onun sözlərinə görə, İran artıq Yaxın Şərqin “hakim və zorakı qüvvəsi” deyil.

Trampın sözlərinə görə, bu hücumdan əvvəl ABŞ-nin bütün prezidentləri son iki onillikdə belə bir əməliyyat keçirməyə məşq ediblər, lakin heç kim bunu etmək istəməyib./ Azad Iran

Həmçinin yoxlayın

Terror təşkilat olan İran Kürdüstanı Demokrat Partiyası Qərbi Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirib

GADTB: İran Kürdüstanı Demokrat Partiyasının mərkəzi saytı “Böyük Kürdüstan” adlandırılan ərazinin xəritəsini yenidən yayımlayaraq Qərbi …

İsrail ordusu İrana qarşı məqsədli hücum üçün ən yüksək hazırlıq səviyyəsinə gətirilib

GADTB: “İsrael Hayom” nəşri xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi təlimlər …