Cümə axşamı , Oktyabr 15 2026
azfa

Təbrizdə Bağır xanın tarixi evi dağılma təhlükəsi ilə qarşılaşıb

GADTB: İran hakimiyyətinin səhlənkarlığı nəticəsində, Salari Milli kimi tanınan Bağır xanın tarixi evi zibilxanaya və narkomanların toplandığı yerə çevrilib və tamamilə dağılmaq üzrədir.

Bağır xanın evi Qacar dövrünün yadigarıdır və Təbrizin “Balahamam” məhəlləsində yerləşir. Son üç ildə bu tarixi evin bəzi hissələri Təbriz Bələdiyyəsi tərəfindən satın alınmışdır, lakin Təbriz meri Yaqub Huşyarın sözlərinə görə, “Şərqi Azərbaycan Vilayətinin Mədəni İrs İdarəsindən büdcə ayrılmaması” səbəbindən bərpa işləri yarımçıq qalmışdır.

Yaranmış durumla bağlı Güney Azərbaycan mediasının üzvləri Təbrizin aidiyyəti Bələdiyyəsindən və Şərqi Azərbaycan Mədəni İrs idarəsindən bu məsələ ilə bağlı inandırıcı izahat tələb edirlər.

Həmçinin yoxlayın

Urmiya gölü ilə bağlı “Gölün uşaqları” filmi İstanbulda nümayiş olunacaq

GADTB Azərbaycanlı rejissor Məhəmməd Əlimuradinin “Gölün uşaqları” filmi İstanbulda keçiriləcək 20-ci Memarlıq Filmləri Festivalında nümayiş …

ABŞ ordusu İrana qarşı “Bütün bombaların anası”ndan istifadəni nəzərdən keçirir

GADTB: CNN telekanalı ABŞ rəsmilərinə istinadən xəbər verir ki, ABŞ ordusu İrana qarşı gələcək mümkün …