Cümə axşamı , Oktyabr 29 2026
azfa

Bakıda Zəfər Günü paradı keçirilib

GADTB: Bakıda İkinci Qarabağ müharibəsinin qələbəsinin 5-ci ildönümünə həsr olunmuş təntənəli Zəfər Günü paradı keçirilib. Tədbirdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərif də iştirak ediblər.

Paradda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin müharibənin ilk saatlarından Bakıya göstərdiyi siyasi və mənəvi dəstəyi yüksək qiymətləndirib:

“Rəcəb Tayyib Ərdoğan İkinci Qarabağ müharibəsinin ilk saatlarından Azərbaycana, xalqımıza və ordumuza dəstəyini ifadə edib. Onun göstərdiyi siyasi və mənəvi dəstək bizə güc və ilham verdi. Bugünkü paradda türk hərbçilərinin iştirakı birliyimizin daha bir təzahürüdür”.

Prezident xatırladıb ki, müharibədən bir il sonra Şuşada imzalanmış Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldib./ Azad İran

Həmçinin yoxlayın

Türkiyə Cümhuriyyətinin qurulmasından 103 il ötür

GADTB: Bu gün Türkiyə Cümhuriyyətinin qurulmasının 103 illiyidir. 1923-cü il oktyabrın 29-da Türkiyə Böyük Millət …

Urmiyanın “Durnalar Yuvası”nda azarkeşlər milli şüarlar səsləndirib – Video

GADTB: Urmiya şəhərindəki “Durnalar Yuvası”nda azərbaycanlı azarkeşlər milli şüarlar səsləndiriblər. “Türk dilində mədrəsə olmalıdır hər …