Cümə , Oktyabr 30 2026
azfa

Aclıq aksiyasında olan Əbdüləziz Əzimi Qədimin vəziyyəti ağırlaşıb, təcili olaraq həbsxananın tibb məntəqəsinə köçürülüb

GADTB: Məlumata görə, azərbaycanlı siyasi məhbus Əbdüləziz Əzimi Qədim dünən – 29 aban (20 noyabr) güclü fiziki zəiflik səbəbilə vəziyyətinin pisləşməsi nəticəsində həbsxananın tibb məntəqəsinə aparılıb və ona serum vurulub.

Siyasi məhbusa yaxın mənbələr bildiriblər ki, Əzimi Qədimin son günlərdə səhhətinin daha da zəifləməsi onun əvvəlki uzunmüddətli aclıq aksiyalarının, xüsusilə də Evin həbsxanasında 44 günlük aclığının qalan təsirlərindən qaynaqlanır. Onların sözlərinə görə, Əzimi Qədimin bədəni həmin uzun aclığın ağır nəticələrindən hələ də tam qurtula bilməyib və hazırda Vədud Əsədi və Tahir Nəqəviyə dəstək üçün başladığı yeni aclıq aksiyası həyatına ciddi risk yaradacaq dərəcədə onun fiziki durumunu daha da pisləşdirib.

Məlumatlı mənbələr bildirirlər ki, şiddətli zəiflik, başgicəllənmə, aşağı qan təzyiqi və ayaqda durmaqda çətinlik bu gün onun vəziyyətinin qəfil ağırlaşmasına səbəb olub.

Dünən Evin həbsxanasında saxlanılan azərbaycanlı milli fəallar Vədud Əsədi və Tahir Nəqəvi isə həbsxana rəhbərliyinin təzyiqlərinə və təkadamlıq kamerada ağır şəraitdə saxlanmalarına baxmayaraq, aclq aksiyalarının 24-cü gününü geridə qoyublar.

Həmçinin yoxlayın

Qərb kəşfiyyatı İrandan gələn terror təhlükəsindən narahatdır

GADTB: Fransanın “Le Monde” qəzeti və Britaniyanın MI5 kəşfiyyat xidmətinin məlumatına görə, İranın Avropadakı casusluq, …

Türkiyədə Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

GADTB: Ankarada 29-30 oktyabr 2026-cı il tarixlərində keçiriləcək 13-cü Türk Dövlətləri Təşkilatı (TDT) Zirvə Görüşü …