Cümə axşamı , Oktyabr 29 2026
azfa

Avstraliyanın Sidney şəhərində Türk festivalı keçirildi- Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Avstraliyanın Sidney şəhərində Türk festivalı keçirilib.

Bu festival Türkiyə Assosiyası, Avstraliya Azerbaycan Assosiyası və digər Türk ölkələrin assosiyaları ilə birlikdə keçirildi.

Azərbaycan türkləri tərəfindən Avstraliya Azərbaycan Assosiasiyası böyük bir stendlə festivala qatılmışdır. Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq əlaqələr Departamentinin sədri, Avstraliya Azərbaycan Assosiasiyasının (AAA) prezidenti sayın Mikayıl bəy Oyta və Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azərsun və Avstraliya Azərbaycan Assosiasiyasının digər üzvləri festivalda fəal iştirak ediblər.

Türkiyənin baş konsulu Avstraliya Azərbaycan Assosiasiyasının stendinə gəlib və bərabər şəkil çəkdiriblər.

Sayın Mikayil bəy və sayın Sara xanım festivalla bağlı müsahibə veriblər.

Festivaldan bir neçə şəkil və videonu təqdim edirik:

Video:

https://t.me/GADTB1/46873

Həmçinin yoxlayın

Ermənistan parlamenti ABŞ-la TRIPP layihəsi üzrə sazişi təsdiqləyib

GADTB: Ermənistan parlamenti “Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında TRIPP layihəsi üzrə strateji əməkdaşlıq …

Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədim Evin zindanının 209-cu bölməsinə köçürülüb

GADTB: Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədimə qarşı təhlükəsizlik və məhkəmə orqanlarının təzyiqlərinin davam …