Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

BMT İranda insan haqları ilə bağlı yeni qətnamə qəbul etdi

GADTB: Dekabrın 18-də BMT Baş Assambleyası İranda insan haqlarının vəziyyəti ilə bağlı illik qətnaməni qəbul edib.

Nyu-Yorkda keçirilən səsvermədə qətnamə 78 ölkənin lehinə, 27-nin əleyhinə, 64 ölkənin isə bitərəf qalması ilə təsdiqlənib.

Səsvermənin nəticələri əvvəlki illərlə müqayisədə əsasən iştirak edən ölkələrin tərkibindəki dəyişikliklərlə izah olunur. Ötən il eyni qətnamə 80 lehinə, 27 əleyhinə və 68 bitərəf səslə qəbul olunmuşdu.

Məlumata görə, yalnız az sayda ölkə mövqeyini dəyişib. Konqo Respublikası mənfi səsdən bitərəf mövqeyə keçib, Mavritaniya isə əvvəlki müsbət səsini bitərəf səsə çevirib.

Ötən ay BMT Baş Assambleyasının Üçüncü Komitəsi də qətnaməni 79 lehinə və 28 əleyhinə səslə qəbul etmişdi. Bu il qəbul edilən mətndə edamlar, qadın hüquqları, etirazçıların repressiyası və sərhədlərarası təzyiqlər xüsusi vurğulanıb.

Qeyd edək ki, cari ildə İran həbsxanalarında 1500-dən çox məhbus edam edilib, insan haqları fallarına qarşı repressiya artıb.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …