Cümə axşamı , Oktyabr 29 2026
azfa

Güney Azərbaycan təşkilatlarının Güney Azərbaycan Milli Hərəkatının ortaq bayraq iddiası barədə ortaq bəyanatı

Həqiqəti olmayan bir iddia!

Hörmətli vətəndaşlar!

Tir ayının birində (22 iyun) Əhməd Obalı bəyin televiziyasında (GünazTV-də) yayınlanan bir proqramda Çehrəqanı bəy, Nəimi bəy və Obalı bəy iştirak edirdilər. Onların iddiasına görə Azərbaycan Milli Hərəkatında iştirak edən bütün təşkilatların və şəxsiyyətlərin razılığı ilə, keçmişdə GAMUH-un çıxardığı bayraq milli hərəkatımızın ümumi bayrağı ـ simvolu olaraq, qəbul edilir.

Belə bir iddia tamamilə yalnış və qeyri-demokratikdir. Demokratik Qərb ölkələrində yaşayan bir şəxsin, xüsusilə vətənimizin bu həsas günlərində belə bir mövzunu ortaya atması da çox düşündürücüdür. Bu proqramda iştirak edən bəylərin iddialarının əksinə, aşağıdakı adları çəkilən təşkilatlar, milli hərəkatımızda belə özbaşınalıqları qınayır və indidən demokratik üsullara sadiq qalınmasını tövsiyə edir.

Dərin hörmətlərimizlə:

  1. Güney Azərbaycan Demokratik Türk Birliyi
  2. Vahid müstəqil Azərbaycan Cəbhəsi
  3. Güney Azərbaycan istiqlal partiyası
  4. Güney Azərbaycan Qurtuş Partiyası
  5. Güney Azərbaycan Sosial Demokrat Partiyası
  6. Güney Azərbaycan Milli Yol Təşkilatı
  7. Günəş Partiyası (Mənuçehr Əzizi)
  8. Azərbaycan Kültür Ocağı Strasburq (Fransa)
  9. Azərbaycan Kültür Ocağı Köln (Almaniya)
  10. Güney Azərbaycan İnsan Haqqları Mərkəzi

 

Həmçinin yoxlayın

Vasitəçilər ABŞ və İran arasında görüş keçirilməsini təklif ediblər

GADTB: İranla ABŞ arasında münaqişənin həlli üzrə dolayı danışıqlarda iştirak edən vasitəçilər tərəflərə noyabrın 4-dək …

Molla rejimi mühasirədən yayınmağa yol axtarır

GADTB: İran parlamentinin Sənaye və Mədənlər Komissiyasının sözçüsü Zəhra Səidi Mübarəkə İranın dəniz, hava və …

Bir cavab yazın