Şənbə , Avqust 22 2026
azfa

Təbrizdə azərbaycanlı fəal Rəhman Azər Mirad saxlanılıb

GADTB: Azərbaycanlı fəal Rəhman Azər Mirad bazar günü, 14 dey 1404-cü il tarixində Təbriz şəhərində yerləşən şəxsi evində molla rejimin Kəşfiyyat Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. Məlumatlara görə, təhlükəsizlik qüvvələri məhkəmə qərarı təqdim etmədən evə daxil olub və onu zorakılıq tətbiq edərək həbs ediblər.

Onun ailəsi ilə cəmi bir neçə saniyəlik baş tutan son qısa telefon əlaqəsində Rəhman Azər Mirad Kəşfiyyat Nazirliyinin nəzarətində saxlanıldığını bildirib, bundan dərhal sonra əlaqə kəsilib.

Qeyd edək ki, Rəhman Azər Mirad daha əvvəl də molla rejimin Kəşfiyyat Nazirliyi, SEPAH-ın kəşfiyyat qurumu və rejimin polis qüvvələri tərəfindən dəfələrlə saxlanılıb.

Həmçinin yoxlayın

Molla rejimi ordunun müdafiədən hücum doktrinasına keçdiyini bildirir

GADTB: İran ordusunun sözçüsü, briqada generalı Məhəmməd Əkrəmian bildirib ki, Fars körfəzindəki son hərbi əməliyyatlardan …

Molla rejimi husilərə yeni hərbi və texniki dəstək göndərir

GADTB: “Şeba Kəşfiyyatı” İranın Yəməndə hərbi və texniki mövcudluğunu gücləndirdiyini açıqlayıb. Məlumata görə, “Əbu Mustafa” …