İranla ABŞ arasında gözlənilən danışıqlar daxili ziddiyyətləri üzə çıxarır

GADTB: ABŞ və İsrailin hücumlarından sonra İranda hakimiyyət strukturu dağılmasa da, müharibənin başa çatdırılması üçün aparılacaq danışıqlar ölkə daxilində yeni bir sınaq kimi qiymətləndirilir.

Məlumata görə, son hadisələrdən sonra qərarvermə mərkəzi daha çox Ali Milli Təhlükəsizlik Şurasına yönəlib. Siyasi və hərbi fiqurlardan ibarət olan bu qurum hazırda ABŞ ilə danışıqların istiqamətinin müəyyənləşdirilməsində əsas rol oynayır. Parlamentin sədri Məhəmmədbaqir Qalibaf bu prosesdə önəmli fiqurlardan biri kimi ön plana çıxır.

Hesabatda qeyd olunur ki, rəsmi səviyyədə birlik görüntüsü qorunsa da, ABŞ-la danışıqlarda veriləcək güzəştlərin səviyyəsi ilə bağlı fikir ayrılıqları daxildə parçalanmalara səbəb ola bilər. Bəzi qruplar daha sərt mövqe tərəfdarı olduğu halda, digərləri iqtisadi təzyiqlərin azaldılması üçün razılaşmanı zəruri hesab edir.

Eyni zamanda, İranın Hörmüz boğazı üzərində nəzarəti danışıqlarda mühüm təzyiq vasitəsi kimi qiymətləndirilir. Lakin davam edən sanksiyalar və iqtisadi çətinliklər ölkədaxili vəziyyəti daha da mürəkkəbləşdirir.

Analitiklərin fikrincə, İran hakimiyyəti xarici təzyiqlərə qarşı müqavimət göstərsə də, qarşıdakı danışıqlar prosesi ölkə daxilində güc balansı üçün ciddi bir sınaq olacaq.

Həmçinin yoxlayın

Azərbaycanlı fəal Cəlal Derogər bir neçə saatlıq dindirilmədən sonra sərbəst buraxılıb

GADTB: Azərbaycanlı fəal Cəlal Derogər, şənbə günü, 6 tir tarixində Əhər şəhərində işlədiyi yerdə molla …

Sayın Əjdər bəy Tağızadə “Azərbaycan Səsi”ndə “ABŞ–İran danışıqları həlledici mərhələdə: Müharibə yenidən alovlanacaqmı?” mövzusunda çıxışı -Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …