Cümə axşamı , Aprel 30 2026
azfa

İran mətbuat azadlığına dünyada sondan üçüncüdür

GADTB: “Sərhədsiz Reportyerlər” təşkilatının məlumatına görə, 2026-cı ildə İran mətbuat azadlığı baxımından dünyanın ən pis ölkələri sırasında yer alıb.

Təşkilat bildirib ki, “İran reytinqin son sıralarında qalmaqda davam edir və bu vəziyyət həm rejimin daxili repressiyaları, həm də onun ərazisində aparılan ABŞ-İsrail müharibəsi ilə bağlıdır.”

İndeksə əsasən, İran 180 ölkə arasında 177-ci yeri tutaraq qlobal mətbuat azadlığı xəritəsində “çox ciddi” kateqoriyaya daxil edilib.

İran jurnalistlər üçün şəraitin ən məhdud olduğu ölkələr qrupuna aid edilib.

Hesabatda İranın belə aşağı göstəriciyə sahib olması uzunmüddətli media məhdudiyyətləri və jurnalistlərə qarşı təqiblər və ya məlumat yayımını məhdudlaşdırmaq üçün hüquqi və təhlükəsizlik mexanizmlərindən istifadə ilə əlaqələndirilir.

Həmçinin yoxlayın

BMT İranda edamların dayandırılmasına çağırıb

GADTB: BMT-nin İran üzrə xüsusi məruzəçisi Mai Sato ölkə hakimiyyətini edamların dayandırılmasına çağırıb. O bildirib …

ABŞ Hörmüz boğazında yeni beynəlxalq koalisiya yaratmaq istəyir

GADTB: “The Wall Street Journal” qəzeti yazır ki, ABŞ Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidini təmin …