Çərşənbə , İyun 17 2026
azfa

Azərbaycanlı fəalların həbs cəzalarının icrasına başlanılıb; Səməd Heydəri və Əmin Tağızadə Təbriz həbsxanasına göndərilib

GADTB: Azərbaycanlı fəallar Səməd Heydəri və Əmin Tağızadə barəsində çıxarılmış həbs hökmlərinin qüvvəyə minməsindən sonra onlar 23 xordad 1405-ci il tarixində Təbrizdəki Gülkar Beheşti prokurorluğunun İcra Şöbəsinə çağırılıb, daha sonra saxlanılaraq Təbriz Mərkəzi Həbsxanasına köçürülüblər.

Şərqi Azərbaycan Apellyasiya Məhkəməsinin təsdiqlədiyi hökmə əsasən, hər iki fəal “ölkənin təhlükəsizliyinə qarşı toplaşma və əlbir olma” ittihamı ilə 3 il 7 ay, “sistem əleyhinə təbliğat aparma” ittihamı ilə isə 8 ay müddətinə azadlıqdan məhrum edilib.

Məlumata görə, bu cinayət işi 1403-cü ilin bəhmən ayında Təbriz Kəşfiyyat İdarəsi tərəfindən həyata keçirilən əməliyyat zamanı Əmin Tağızadə, Səməd Heydəri və Rza Səliminin saxlanılması ilə başlayıb.

Həmin fəallar bir müddət həbsdə saxlanıldıqdan sonra girov müqabilində müvəqqəti azadlığa buraxılmışdılar. Apellyasiya mərhələsinin başa çatmasından sonra isə hökmün icrasına başlanılıb.

Həmçinin yoxlayın

Molla rejimi məşhur türkmən futbolçunun “Porsche”si müsadirə edib

GADTB: Dünən Kerman şəhər polisi türkmən futbolçu Sərdar Azmunun aktivləri siyahısında yer alan lüks Porsche …

ABŞ İranla imzalanacaq memorandumun mətnini İsrailə təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İranla hazırlanan qarşılıqlı anlaşma memorandumunun mətnini İsrail …