Çərşənbə , Oktyabr 28 2026
azfa

BMT-nin xüsusi məruzəçisi: İranda xalqlar xarici hücum və daxili repressiya arasında sıxışıb qalıb

GADTB: BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi İrana qarşı ABŞ-ın yeni hücumlarına toxunaraq bildirib: “İranda xalqlar xarici hücum və daxili repressiya arasında sıxışıb qalıb; həm xarici hücum, həm də daxili repressiya sona çatmalıdır”.

Mai Sato cümə axşamı, sentyabrın 3-də sosial şəbəkə “X”-də paylaşdığı açıqlamada yazıb: “Hesabatımı Baş Assambleyaya təqdim etməyə hazırlaşır, son yeddi ay ərzində İranda baş verən hadisələri nəzərdən keçirirdim ki, ABŞ-ın cənub sahillərinə yenidən hücumları barədə xəbər gəldi”.

O, İran Səhiyyə Nazirliyinin məlumatlarına istinad edərək bildirib ki, sentyabrın 10-u axşam ABŞ-ın hücumları nəticəsində “18 nəfər həlak olub, daha 108 nəfər yaralanıb”. Satonun sözlərinə görə, hücumlar Hörmüz boğazında yerləşən kiçik balıqçı şəhəri Kuhestəyi hədəfə alıb və “bundan əlavə, bir ailənin toy mərasimi keçirdiyi ev də vurulub”.

Sato bildirib ki, bu həftə baş verən hücumlar mövcud zərərləri daha da artırıb və vurğulayıb: “Bu ili nəzərdən keçirərkən ən çox diqqət çəkən məqam zorakılığın miqyası və itirilən insanların sayıdır. İranda insanlar xarici hücum və daxili repressiya arasında sıxışıb qalıblar. Həm xarici hücum, həm də daxili repressiya sona çatmalıdır, lakin hər şeydən əvvəl müharibə başa çatmalıdır”.

Həmçinin yoxlayın

Molla rejimi türklərə qarşı irqçi təhqirə yol verənləri dəstəklədi

GADTB: İrqçi fars-molla rejimin Futbol Federasiyasının İntizam Komitəsi Premyer Liqanın 9-cu turunda keçirilməyən “Malavan” – …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Prime TV”-də “İranla bağlı qərar verildi – Savaş an məsələsidir” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …