Cümə axşamı , Oktyabr 29 2026
azfa

Qərbi Azərbaycanda tibb işçiləri etiraz olaraq valiyə açıq məktubla müraciət ediblər

GADTB: Qərbi Azərbaycan əyalətində tibb işçilərinin gecikdirilmiş əmək haqlarının ödəniləcəyi barədə vədlər yerinə yetirilmir.

Bu haqda Qərbi Azərbaycan Tibb İşçiləri Evinin əyalət valisi Rza Rəhmaniyə yazdığı açıq məktubda deyilib.

Məktub müəllifləri 7 aydır əmək haqqı ala bilməyən işçilərin məişət problemlərinin dözülməz həddə çatdığını yazıblar.

“Bir çox həmkarlar əsas həyat ehtiyaclarını ödəməkdə çətinlik çəkirlər və inflyasiya və artan yaşayış xərcləri qarşısında aldıqları maaşlar minimum yaşayış səviyyəsinə cavab vermir”,- məktubda bildirilib.

Onlar əmək haqlarından başqa nəzərdə tutulan bəzi əlavə ödənişlərin isə 2 il gecikdirildiyini də qeyd ediblər.

Həmçinin yoxlayın

Vasitəçilər ABŞ və İran arasında görüş keçirilməsini təklif ediblər

GADTB: İranla ABŞ arasında münaqişənin həlli üzrə dolayı danışıqlarda iştirak edən vasitəçilər tərəflərə noyabrın 4-dək …

Molla rejimi mühasirədən yayınmağa yol axtarır

GADTB: İran parlamentinin Sənaye və Mədənlər Komissiyasının sözçüsü Zəhra Səidi Mübarəkə İranın dəniz, hava və …