Şənbə , Avqust 29 2026
azfa

İraqda etirazçılar fars rejiminə etiraz olaraq Xomeyninin posterlərini yandırdılar- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin getdiyi yerə fəlakət və müharibə gətirdiyi üçün İraqda etirazçılar İraqın cənubunda yerləşən Bəsrə şəhərində əhalinin ağır iqtisadi durumuna, yoxsulluq və işsizliyə, eləcə də İranın İraqın daxili işlərinə qarışmasına etiraz olaraq Xomeyninin şəkil və posterlərini yandırıblar.

Etirazçılar həmçinin İrana qarşı şüarlar səsləndirmiş, sosial şəbəkələrdə, o cümlədən də “Twitter”də yazı və şəkillər paylaşaraq, İranın təsiri altında fəaliyyət göstərən və rəsmi Tehranın İraqa nüfuzuna şərait yaradan partiyalara xəbərdarlıq etmiş və bildiriblər ki, Xomeyninin şəkillərinin yandırılması İraqın İrana bağlı partiyalarına bir xəbərdarlıq mesajıdır. Onlar İraqı İran rejiminə satan hər bir kəsə od vuracaqlar.

Hökumət qüvvələri ilə qarşı-qarşıya gələrək etirazçılar həmçinin İranın İraqın daxili işlərinə qarışmasına son qoyulmasını tələb ediblər.

Həmçinin yoxlayın

Tramp: Hörmüz boğazı açıqdır; İran yenidən ABŞ-ın hücumuna məruz qalmaq istəmir

GADTB: ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının açıq olduğunu bildirib və İran rejiminin Vaşinqtonla qarşıdurmanı …

Bessent: İran rejiminin tərəfdarları dollara və qlobal maliyyə sisteminə çıxış əldə etməməlidirlər

GADTB: ABŞ-ın maliyyə naziri Skott Bessent ABŞ Maliyyə Nazirliyinin Birləşmiş Ərəb Əmirliklərindəki Misir Bankının filialına …

Bir cavab yazın