Cümə axşamı , Oktyabr 22 2026
azfa

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd ANKA-3 PUA-sını sifariş verib.

Bildirilib ki, ANKA-3 qanadlı raketləri daşımaq və “hava-hava” döyüşlərində iştirak etmə qabiliyyətinə malik, görünməz (stels) PUA-ların yaradılması istiqamətindəki təşəbbüsün mərkəzi elementi olacaq.

TUSAŞ rəsmilərinin sözlərinə görə, daha böyük gövdəyə və artırılmış faydalı yük tutumuna malik olan ANKA-3, noyabr ayında istifadəyə verilməsi planlaşdırılan yeni bir montaj xəttində istehsal olunacaq.

İlkin istehsal partiyasında 1,3 ton təşkil edən PUA-nın faydalı yük tutumunun, yeni istehsal partiyası ilə birlikdə 1,75 tona yüksələcəyi gözlənilir.

Həmçinin yoxlayın

Türkmənlərin “Çay Qovşan” mədəni-idman klubu “Mələvan” və “Traxtur” komandalarının oyunu zamanı səsləndirilən irqçi şüarları pisləyən bəyanat yayıb

GADTB: Günbəd Kavus şəhərinin “Çay Qvoşan” mədəni-idman klubu Ənzəli şəhərinin “Mələvan” komandası ilə Təbrizin “Traxtur” …

Şərqi Türküstanda ana dilində danışdıqlarına görə təxminən 100 uyğur polis əməkdaşı işdən çıxarılıb

GADTB: “Azad Avropa Radiosu”nun 16 oktyabr 2026-cı il tarixli məlumatına görə, Şərqi Türküstanın Qulca şəhərində …