
GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya gölünün son vəziyyəti barədə açıqlama verib. O bildirib ki, oktyabrın 11-də aparılan son ölçmələrə əsasən, gölün su səviyyəsi dəniz səviyyəsindən 1270,58 metrə çatıb.
Qəffarzadə gölün digər hidroloji göstəricilərinə də toxunaraq bildirib ki, həmin tarixdə gölün su səthinin sahəsi təxminən 1 946 kvadratkilometr, mövcud suyun həcmi isə təxminən 2,52 milyard kubmetr təşkil edib.
O, bu göstəriciləri ekoloji standartlarla müqayisə edərək vurğulayıb ki, Urmiya gölünün ekoloji norma kimi müəyyənləşdirilmiş su səviyyəsi dəniz səviyyəsindən 1274,10 metrdir. Buna görə də gölün hazırkı su səviyyəsi ekoloji normadan 3,52 metr, yəni 352 santimetr aşağıdır. Bu isə gölün arzuolunan səviyyəyə çatması üçün hələ də ciddi fərqin mövcud olduğunu göstərir.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi