
GADTB: SEPAH terror təşkilatının sözçüsü Hüseyn Möhibbi region ölkələrini müharibənin əhatə dairəsini genişləndirməklə hədələyib. O, oktyabrın 21-də, çərşənbə günü, “Daneşcu” xəbər agentliyinə müsahibəsində deyib: “Hələ bütün regionu müharibəyə cəlb etməmişik”. Möhibbinin sözlərinə görə, müharibənin yeni mərhələsi başlayacağı təqdirdə daha çox strateji məntəqə döyüş meydanına çevriləcək.
Möhibbi ABŞ-ın “Bütün bombaların anası” adlandırılan, fövqəladə dağıdıcı gücə malik bombadan istifadə etməsi ehtimalını da istisna etməyib. O iddia edib ki, bu bomba İran İslam Respublikasının nüvə fəaliyyətini dayandırmayacaq və raketlərinin mənzilini azaltmayacaq. Onun sözlərinə görə, belə bir hücum Tehranın Hörmüz boğazını yenidən açmasına da səbəb olmayacaq.
SEPAH-ın sözçüsü Hörmüz boğazının bağlı qalmasının ABŞ-a iqtisadi və siyasi təzyiq göstərdiyini iddia edib. O xəbərdarlıq edib ki, qarşıdurmanın hər hansı şəkildə daha da kəskinləşməsi dünya enerji bazarında problemləri artıracaq.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi