Bazar ertəsi , Oktyabr 26 2026
azfa

Tom Tugenhat: Britaniyada Əraqçiyə tribun verilir, halbuki İranda insanlar eyni hüquqa sahib olmaq uğrunda öldürülür

GADTB: Britaniya parlamentində Mühafizəkarlar Partiyasının deputatı və ölkənin keçmiş təhlükəsizlik naziri Tom Tugenhat Abbas Əraqçinin “Financial Times” qəzetində dərc olunan məqaləsinə münasibət bildirərək İran İslam Respublikası rejiminin xarici işlər nazirinə Britaniyada sözünü çatdırmaq üçün tribuna verilməsini tənqid edib. O, Əraqçinin diplomatiyaya üstünlük vermək və gərginliyin artmasının qarşısını almaq istədiyi barədə iddialarının Britaniya vətəndaşlarına qarşı təhdidləri və SEPAH-ın regiondakı fəaliyyətləri ilə ziddiyyət təşkil etdiyini bildirib. Tugenhat məqalənin şərh bölməsinin bağlanmasını da tənqid edib.

Tom Tugenhat bildirib: “İran İslam Respublikası rejiminin xarici işlər naziri Britaniyada tribuna əldə edir, halbuki onun öz ölkəsində — İranda insanlar həmin hüquqa sahib olmaq uğrunda rejimin tərəfindən öldürülür.

O, “diplomatiyaya daha bir şans vermək” istədiyini və gərginliyin artmasını arzulamadığını iddia edir. Lakin o, bizim insanlarımızı təhdid edir, SEPAH-dakı rəhbərləri isə Yaxın Şərq boyunca minlərlə insanın ölümünə səbəb olurlar. Onların arasında, son vaxtlar Ər-Riyadda və Yəməndə öldürülən mülki şəxslər də var.

“Financial Times” qəzetinin şərh bölməsini bağlaması təəccüblü deyil. Onun yalanları ciddi araşdırmaya tab gətirmir”.

Həmçinin yoxlayın

Özbəkistan Səmərqəndin tarixi irsinin fars irsi kimi təqdim edilməsinə etiraz etdi; İranın səfiri çağırıldı

GADTB: Özbəkistan Xarici İşlər Nazirliyi İranın bəzi diplomatik nümayəndəliklərinin Səmərqəndin tarixi irsinin bir hissəsinin “İran-islam …

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …