
GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi bildirib ki, İranın nüvə fəaliyyətlərinin lazımi qaydada yoxlanılması üçün tələb olunan texniki işlərin böyük hissəsi görülüb və Agentlik bu missiyanı həyata keçirməyə hazırdır.
Qrossi cümə günü, oktyabrın 23-də BMT Baş Assambleyasının 81-ci sessiyasının 24-cü plenar iclasında çıxış edərək, vasitəçi ölkələrin dəstəyi ilə İran və ABŞ arasında aparılan danışıqların razılaşma ilə nəticələnəcəyinə ümid etdiyini bildirib.
O, Pakistan, Qətər, Oman, Misir və digər ölkələrin diplomatik səylərin irəlilədilməsi məqsədilə Agentliklə əməkdaşlıqda oynadığı rolu qeyd edərək deyib: “Diplomatik razılaşma olmadan davamlı həll yolu olmayacaq”.
Agentliyin baş direktoru əlavə edib ki, diplomatik razılaşmaya nail olmaq üçün yoxlama və Agentliyin fəaliyyətinə güclü dəstək göstərilməsi tələb olunur.
Qrossi həmçinin bildirib ki, Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin (NPT) nəzərdən keçirilməsi üzrə konfransın iştirakçıları yekun sənəd barədə razılığa gəlməsələr də, nüvə silahlarının yayılmaması prinsipi həmişə qüvvədədir və qorunmalı, ona əməl edilməlidir.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi