Çərşənbə , Oktyabr 28 2026
azfa

ABŞ-ın maliyyə naziri İranda əhaliyə vergi ödəməməyi və qış üçün yanacaq ehtiyat toplamağı məsləhət bildi

GADTB: ABŞ-ın maliyyə naziri Skott Bessent İranda əhaliyə vergi ödəməməyi tövsiyə edib. Onun sözlərinə görə, hakimiyyət topladığı vergilərin müqabilində əhaliyə heç bir xidmət göstərmir və sosial müavinətləri kəsməkdə davam edəcək.

Bessent bildirib ki, İranın Mərkəzi Bankı davamlı olaraq pul çap edir və bu da inflyasiyanı daha da artırır. O əlavə edib ki, hakimiyyət maaşları belə ödəyə bilmir.

ABŞ-ın maliyyə naziri qarşıdan gələn dövrdə istilik yanacağı ilə bağlı ciddi qıtlığın yaranacağı barədə xəbərdarlıq edib. O, insanları qış üçün lazım olan hər şeyi indidən almağa və istilik yanacağı ehtiyatı toplamağa çağırıb. Bessentin tövsiyəsinə görə, hər kəs avtomobilinin yanacaq çənini indidən doldurmalıdır.

O bildirib ki, dünyanın enerji ehtiyatlarına görə üçüncü yerdə olan bir ölkənin öz ehtiyacını ödəyəcək qədər benzin istehsal edə bilməməsini anlamaqda çətinlik çəkir. Bessentin proqnozuna görə, bu geriləmə davam edəcək.

Həmçinin yoxlayın

Ermənistan parlamenti ABŞ-la TRIPP layihəsi üzrə sazişi təsdiqləyib

GADTB: Ermənistan parlamenti “Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında TRIPP layihəsi üzrə strateji əməkdaşlıq …

Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədim Evin zindanının 209-cu bölməsinə köçürülüb

GADTB: Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədimə qarşı təhlükəsizlik və məhkəmə orqanlarının təzyiqlərinin davam …