Cümə axşamı , Oktyabr 29 2026
azfa

İran adlanan ölkənin bütün tərəfdaşlarını itirəcəyi söylənilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, nüvə razılaşmasının saxlanılması İrana yalnız siyasi faydalar gətirəcək. Bunu jurnalistlərə açıqlamasında rusiyalı politoloq Fyodor Lukyanov deyib.

Onun sözlərinə görə, İran hər bir halda bütün iqtisadi tərəfdaşlarını itirəcək:

“Avropalıların hamısı eyni şeyi deyir. Onlar deyirlər ki, ABŞ-ın razılaşmadan çıxması yanlışdır, amma biz biznesi İrana pul yatırmağa məcbur edə bilmərik. İqtisadi baxımdan dünya iqtisadiyyatında ABŞ dominantlığı həlledici rol oynayır”.

Qeyd edək ki, İran adlanan ölkəyə hələ sanksiyalar tam tətbiq olmadan iqtisadiyyat çöküb.

Həmçinin yoxlayın

Qərb kəşfiyyatı İrandan gələn terror təhlükəsindən narahatdır

GADTB: Fransanın “Le Monde” qəzeti və Britaniyanın MI5 kəşfiyyat xidmətinin məlumatına görə, İranın Avropadakı casusluq, …

Türkiyədə Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

GADTB: Ankarada 29-30 oktyabr 2026-cı il tarixlərində keçiriləcək 13-cü Türk Dövlətləri Təşkilatı (TDT) Zirvə Görüşü …

Bir cavab yazın