Çərşənbə , Avqust 19 2026
azfa

Konqres Türkiyəyə F-35 qırıcılarının satışını müvəqqəti dayandırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Konqresi Türkiyəyə F-35 qırıcı təyyarələrinin satılmasını müvəqqti dondurub. Bu barədə verilən qərarda Türkiyənin Rusiya ilə hərbi əməkdaşlığı əsas götürülüb. Bu əməkdaşlığın dayandırılacağı təqdirdə isə, F-35-lərin göndəriləcəyi məqbul sayılıb.

Konqresin bu qərarı isə Türkiyədə gözlənildiyinin əksinə olaraq, sakit qarşılanıb.

Məsələyə reaksiya verən Prezident Ərdoğan deyib ki, qərardan narahat deyillər: “Bizə prezident Trampın yazılı vədi var, ona güvənirik. Bu ana qədər ABŞ-a müəyyən qədər vəsait ödənilib, iki F-35 alınıb. Hazırda da pilotlarımız ABŞ-da həmin təyyarənin uçuşunu öyrənirlər”.

Ərdoğan bildiirb ki, məsələni NATO tədbiri çərçivəsində Trampla müzakirə edəcək.

Həmçinin yoxlayın

Traktor komandası İsfahanda Sepahanı məğlub etdi

QADTB: Azərbaycanın Traktor komandası səfərdə keçirdiyi oyunda İsfahanın Sepahan komandasını 2:0 hesabı ilə məğlub edib. …

“Milad Balsini” Təbriz prokurorluğuna çağırıldıqdan sonra saxlanılıb

QADTB: Azərbaycanlı fəal “Milad Balsini” 1405-ci il mordadın 27-də Təbriz Ümumi və İnqilab Prokurorluğunun 15-ci …

Bir cavab yazın