Çərşənbə , Oktyabr 28 2026
azfa

BMT vətəndaşlığı olmayan milyonlarla insanın hüquqları ilə bağlı dövlətlərə çağırış edib

GADTB-nin mətbuat mərkəzinə daxil olan məlumata görə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı vətəndaşlığı olmayan şəxslərin sayının azaldılmasına dair 10 illik kampaniyanın 3-cü ildönümü münasibətilə vətəndaşlığı olmayan, ayrı-seçkilik və təqib edilmələrə məruz qalan milyonlarla insanın əsas vətəndaşlıq hüququnun təmin edilməsi üçün dövlətlərə çağırış edib. Çağırış BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının beynəlxalq müdafiə söbəsinin rəhbəri Karol Batçelor tərəfindən edilib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı bütün dövlətləri vətəndaşlığı olmayan şəxslərin yaşayış vəziyyətini yaxşılaşdırmağı, onların uşaqlarına doğulduğu ölkənin vətəndaşlığının verilməsini və onlara qarşı hər növ ayrı-seçkiliyin aradan qaldırılmasını tələb edib.

Qeyd edək ki, 3 il öncə başlanan “İBelong” kampaniyasından sonra vətəndaşlığı olmayanlara vətəndaşlığın verilməsi məsələsi artıb. Minlərlə vətəndaşlığı olmayan şəxsəmüxtəlif ölkələrdə, o cümlədən Tayland, Rusiya, Keniya və Qərbi Afrika ölkələrinin vətəndaşlığı verilib.

Həmçinin yoxlayın

Ermənistan parlamenti ABŞ-la TRIPP layihəsi üzrə sazişi təsdiqləyib

GADTB: Ermənistan parlamenti “Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında TRIPP layihəsi üzrə strateji əməkdaşlıq …

Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədim Evin zindanının 209-cu bölməsinə köçürülüb

GADTB: Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədimə qarşı təhlükəsizlik və məhkəmə orqanlarının təzyiqlərinin davam …